Zərdabda dördotaqlı ev yandı

Zərdab şəhərində ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 8 m² sahədə və dam örtüyü 170 m² sahədə, bitişik ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a məlumat verilib.

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.