Zərdabda TƏHLÜKƏLİ ANLAR: Qaz xətti yaxınlığında qəsdən yanğın törədildi – VİDEO

Zərdab rayon sakini yaxınlığından qaz xətti keçən kolluq ərazini bilərəkdən yandırıb.

Yenicag.Az xəbər verir ki, bununla bağlı görüntünü şəxs özünün “TikTok” hesabında paylaşıb.

İzləyicilər ona törətdiyi əmələ görə cərimə olunacağını və ətraf üçün təhlükəli vəziyyət yaratdığını bildirsələr də, sözügedən şəxs xəbərdarlıqlara məhəl qoymayıb.