Tanınmış model Keylen Uord Avstraliyada yanğından zərər çəkənlərə yardım məqsədilə çılpaq şəkillərini satıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Keylen Uord bu aksiya nəticəsində zərərçəkənlər üçün 700 min ABŞ dolları toplayıb.
Uord kampaniyanın belə uğurlu alınmasının onun üçün də gözlənilməz olduğunu deyib:
“Hər çılpaq şəklim üçün 10 dollar tələb olunurdu. Kampaniyanın əvvəlində cəmi min dollar toplamağı düşünürdüm. Ancaq kampaniya çox geniş miqyas aldı.
Dörd köməkçimi də bu işə cəlb etməli oldum. Mən isə ödənişlərin reallığını yoxladıqdan sonra çılpaq şəkillərimi paylaşırdım”.
Məsumə