Zərərçəkmişlərə ödəmələr başlandı – “Yenicag”ın ŞİKAYƏT yazısının NƏTİCƏSİ

25 Oktyabr 2021-ci il tarixdə saytımızda “Vətəndaşları narazı salan MƏMURLAR – Zərər çəkmiş evlər nə üçün bərpa olunmur? – ŞİKAYƏT / FOTO” başlıqlı yazı dərc olunmuşdu.

Yenicag.az xəbər verir ki, Ağdam rayon Səfərli qəsəbəsindəki müharibədən zərər dəymiş evlərə min manat pul ödənilməli olduğu halda, Səfərli qəsəbəsindəki zərər dəymiş evlərə həmin pul da verilməmişdi.

Bu gün aldığımız məlumata görə, min manat dəyərindəki konpensasiya ala bilməyən evlərin sakinlərinə bankdan pullarını gedib ala biləcəkləri barədə məlumat verilib.

Qeyd edək ki, Səfərli qəsəbəsində 33 evə zərər dəydiyi halda onlardan yalnız 11 ev təmir edilib və pul almışdı. Digər 22 ev isə hələ də təmir olunmağını gözləyir. Diqqətdən kənarda qalan evlərə min manat konpensasiya ödənilişi başlayıb, ancaq təmirlə bağlı hələki məsələ açıq olaraq qalır.

Səxavət Məmməd