!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zərərli vərdişlərə yox de!” layihəsi başa çatdı

!Reklam – Yazi

unnamedMəcburi köçkün gəncləri zərərli vərdişlərdən çəkindirmək üçün silsilə tədbirlərə yekun vurulmuşdur.

“Azərbaycan Qaçqın və Məcburi Köçkünlərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məcburi köçkün gənclərin zərərli vərdişlərdən çəkindirmək üçün tədbirlər” layihəsi çərçivəsində təlimləri başa vurmuşdur. Əsas məqsədi məcburi köçkün və qaçqın gənclər arasında zərərli vərdişlərlə mübarizədə sağlam və təhlükəsiz davranışın təbliği olan layihə çərçivəsində ilk olaraq Bakı şəhərində məskunlaşmış Zəngilan rayonundan olan məcburi köçkünlər üçün təlimlər təşkil olunmuşdur. Masazır qəsəbəsində məskunlaşmış gənclər üçün təlimin ilk günündə Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfzadə gəncləri bu cür təlimlərdə fəal iştirak etməyə çağırmış və həm QHT şurasına həm də İctimai Birliyə bu cür təlimlərin təşkiliniƏ görə təşəkkür etmişdir. Təlimlərin davamı olaraq Bakıdan sonra gənclərin iştirakı ilə Biləsuvar və Sabirabad rayonunda məskunlaşmış məcburi köçkün gənclər üçün isə ayrıca təlimlər keçirilmişdir.

Təlimlərdə gənclərə layihə çərçivəsində “Zərərli vərdişlərə yox de!” devizi ilə hazırlanmış film nümayiş etdirilmiş, peşəkar təlimçi tərəfindən nikotin, alkaqol və narkotik vasitələr kimi zərərli vərdişlərin insan həyatına vurduğu zərərli təsirlər və bu təsirlərin nəticəsində yarana biləcək QİÇS xəstəliyi haqqında geniş məlumat verilmidir.

Təlimlərin sonunda bütün iştirakçılara təlimlərdə iştirakını təstiq edən sertifikatlar paylanmışdır.

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv