İdxal olunan bir sıra məhsullar aksiz vergisindən azad edilib.
Yenicag.az xəbər verir ki, bu barədə sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 01.01.2021-ci ildən üç il müddətinə aksiz vergisindən azad olunub.