Zəvvarları aparan iki avtobus toqquşdu – 8 ölü, 30 yaralı

İraqda iranlı zəvvarları aparan iki avtobus toqquşub.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində 8 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Qeyd olunur ki, zəvvarlar Ərbəin ziyarətinə gedirmiş.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.