Zəvvarları daşıyan avtobus aşdı: 19 ölü, 36 yaralı

ShowImage17.03.16İordaniyada fələstinli zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Hadisə nəticəsində 19 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

İnsident İordaniyanın cənubunda yerləşən Maan şəhəri yaxınlığında qeydə alınıb. Hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi güman edilir.

Məlumatda avtobusun Səudiyyə Ərəbistanı istiqamətində hərəkət etdiyi bildirilir.