Zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşdu – 36 ölü, 4 yaralı

Səudiyyə Ərəbistanında zəvvarları aparan avtobus yük maşını ilə toqquşub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 36 zəvvar həlak olub, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məlumatda bildirilib ki, qəza Məkkə ilə Mədinə arasında avtomobil yolunda baş verib.

Avtobusda Səudiyyə Ərəbistanında yaşayan Asiya və Yaxın Şərq ölkələrinin vətəndaşları olub.