Zəvvarları daşıyan avtobusa silahlı hücum: Avtobus dərəyə yuvarlandı – Çoxlu sayda ölənlər və yaralananlar var

Hindistanın Cammu və Kəşmir əyalətinin Reasi bölgəsində hinduları məbədə aparan avtobusa silahlı hücum edilib.

Yenicag.az xəbər verir ki, hücum nəticəsində avtobus dərəyə yuvarlanıb və 10 nəfər həyatını itirib, 33 nəfər yaralanıb.

Hücum edənlərin tutulması üçün Hindistan ordusu və polisi tərəfindən axtarış əməliyyatı başlayıb.

Hindistanın baş naziri Narendra Modinin hadisə ilə bağlı məlumatlandırıldığı və yaralılara ən yaxşı müalicənin göstərilməsinə göstəriş verildiyi açıqlanıb.

Qeyd edək ki, Hindistan və Pakistan arasında mübahisələrin olduğu Kəşmir bölgəsində təhlükəsizlik problemləri var.

COP29