Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Zəvvarlarımızın hamısı Vətənə döndü

hecc02Bu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların hamısı Vətənə qayıdıb.

Bu gün zəvvarları gətirən ilk təyyarə 16:21-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İkinci və zəvvarların son qafiləsini gətirən təyyarə isə axşam saat 18:30-də Bakıya eniş edib.

Azərbaycanlı zəvvarlar bu il sentyabrın 19-dan başlayaraq Vətənə dönməyə başlayıblar. Onlar sentyabrın 19-u, 21-i və 22-si tarixlərində təyyarə ilə qayıdıblar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 050 zəvvar gedib. Onlardan 60 faizi kişi, 40 faizi qadınlar olub. Bu il ən yaşlı zəvvarın 83, ən gəncinin isə 14 yaşı olub.(report)

 

www.yenicag.az

135