Zəvvarlarla dolu avtobus çaya düşdü – 22 ölü

Hindistanın Uttarakxand ştatında zəvvarlarla dolu avtobusun çaya düşməsi nəticəsində azı 22 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə zamanı avtobusda Qanqın əsas qolu olan Bxagiratxi çayının axdığı Madxya-Pradeş ştatında yerləşən Qanqotri məntəqəsindən qayıdan zəvvarlar olub.

Son məlumata görə, hazırda çaydan 22 nəfərin cəsədi çıxarılıb, 8 nəfər isə xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı polis araşdırma aparır.

Yenicag.Az