Zeynab Kazımovanın yeni kitabı çapdan çıxdı – Foto

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zeynab Kazımovanın “Anamın “Karvan”ı” adlı kitabı işıq üzü görüb.

Yenicag.az xəbər verir ki, kitabın redaktoru və ön sözün müəllifi tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məti Osmanoğludur.

Kitabda müəllifin müxtəlif dövrlərdə çoxsaylı media orqanlarında nəşr olunmuş publisistik yazıları, esse, portret janrında məqalələri, köşə yazıları, hekayələri, o cümlədən şeirləri toplanıb.