Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə hazırda Z.Xanlarovanın deputat olduğu 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin sədri Rafəddin Nağdaliyev deyib.
O bildirib ki, bu ilin noyabrın 1-də parlamentə keçiriləcək seçkilərdə deputatlığa namizəd olmaq üçün indiyədək 50 saylı Dairə Seçki 8 nəfər müraciət edib, onlardan 5-nə imza vərəqi verilib.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən namizəd irəli sürməyib.
Xatırladaq ki, Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır(report).