!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zeynəb Xanlarovanın namizədliyi qeydə alındı

!Reklam – Yazi

zeynebxanlarovsXalq artisti, deputat Zeynəb Xanlarovanın noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

Bitərəf olan Zeynəb Xanlarova 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən növbəti dəfə qeydə alınıb.

Qeyd edək ki, Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. 1995-ci ilin noyabrında Milli Məclisə keçirilən seçkilərdə 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən deputat seçilən xalq artisti o vaxtdan indiyədək parlamentin üzvüdür. O, 1995, 2000, 2005 və 2010-ci il deputat seçkilərində iştirak edərək qalib olub.

Onu da bildirək ki, hakim Yeni Azərbaycan Partiyası 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən namizəd irəli sürməyib(aznews).

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv