Zeynəbdən qınaqlara CAVAB: “Toyda oxumaq ayıb işdir?”

“Bizi görən kimi deyirlər toy müğənniləri… Toyda pul qazanmaq, toyda oxumaq ayıb işdir?”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni “Özəl” verilişində deyib.

Sənətçi yeni nəsil müğənnilərin oxuduğu mahnıların qınaq atəşinə tutulduğundan narazılığını ifadə edib:

“Bu gün biz müğənnilərdə o imkan yoxdur ki, konsertlərdən, albomlardan qazanc götürək.

Bütün gəlirimiz konsertdən çıxır. Müğənni toparlayıb, neçə ildən bir konsert verir. Bilet satılır, ya satılmır… Amma toy elədir ki, həmişə var. Son vaxtlar tez-tez belə ifadələr işlədilir ki, əşi, bunlar da toy müğənniləridir. Bizə toy müğənniləri kimi baxırlar. Birincisi, toyda oxumaq ayıb iş deyil, ikincisi də toyda ifa etmək hər müğənninin işi deyil. Qınayan insanların özlərinin də toyu olub, yaxınlarının da… Toyda xalq mahnılarına nə qədər oynamaq olar? Xalq mahnısı oxuyaram, amma toyun ortasına qədər.

Amma toyun ortasından sonra insanlar oynamaq üçün başqa mahnılar istəyir. Həzin və estrada mahnılar nə qədər olar? 6-8 ritmlik mahnıların nəyi pisdir ki? Amma nədənsə yeni nəsil müğənnilər bu ritmdə mahnılar oxuyanda qəbul etmirlər”.

Nehru

COP29