İspaniyada dünyada alternativ yanacağın istifadəsi üzrə ən böyük təcrübələrdən biri hazırlanır.
Yenicag.az xəbər verir ki, bu barədəİspaniyanın CEPSA neft-qaz korporasiyası məlumat yayıb.
Bildirilib ki, gələn həftə 220 təyyarə zeytun tullantılarından hazırlanmış bioyanacaqla depolanacaq.
“Layihədə iştirak etmək üçün altı aviaşirkət razılaşıb. Bioyanacaq doldurulan təyyarələr Sevilya hava limanından havaya qalxacaq.
Təkmilləşdirilmiş yanacaqla təyyarə dörd yüz min kilometr məsafə qət edəcək. Atılan addım atmosferə iki yüz tondan çox karbon qazının buraxılmasının qarşısını alacaq. Bu iki min yarım ağac əkməyə bərabərdir”, – deyə məlumatda qeyd edilib.