!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zibil yığandır, mundialda hakimlik edəcək - İlginc həyat hekayəsi

!Reklam – Yazi

Mundialın startına sayılı günlər qalmış hər kəs diqqətini dünya çempionatında iştirak edəcək komandalara, onların futbolçularına yönəldib.

Lakin həyat hekayələrinə görə, onlardan geri qalmayan hakimlər də var.

Yenicag.az xəbər verir ki, onlardan biri də panamalı Qabriel Viktoriyadır.

Məsələ burasındadır ki, o, ölkəsində zibil yığır. Dünya çempionatında isə köməkçi hakim funskiyasını yerinə yetirəcək.

25 ildir bələdiyyədə çalışan Qabriel hakimliyə görə ölkənin futbol federasiyasından maaş almır. Ümumiyyətlə, Panamada hakimliyə görə maaş və ya qonorarın verilməsi nəzərdə tutulmayıb. Hakimlərə federasiya tərəfindən yalnız avadanlıq verilir.

Dolanışığını zibil yığmaqla təmin edən Qabriel 1993-cü ildən bu sahədə çalışır.  Gecə 03:45-də yuxudan oynanan Viktoria 05:00-da işə başlayır. Və onun iş prosesi 16:00-a qədər davam edir. Hər gün 17:00-da isə məşqə başlayır.

25 ildir ki, zibilyığan işləyən Qabriel mövcud durumdan narahat olmadığını bildirir: “Heç nə məni narahat etmir. Nədən narahat olacam ki? Panamada həyatda qalmaq üçün çalışmalıyam. Hər kəs buna məcburdur. Yorucu bir iş gördüyümü demək yanlış olar. Daha öncə də bu işi görərkən beynəlxalq turnirlərə təyinat almışam”.

Qeyd edək ki, Qabriel Viktoria 2015-ci ildə 20 yaşadək futbolçuların dünya çempionatında, 2017-ci ildə 17 yaşadək futbolçuların dünya çempionatında və 2016-cı ildə Amerika Kubokunda iş başında olub.

Emin Səfərov

www.yenicag.az

2600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv