Ötən yay “Real”dan ayrılan Zinəddin Zidanın yeni mövsümdən yenidən iş başında olacağı deyilir.
Yenicag.az xəbər verir ki, fransalı mütəxəssisə 4 böyük klubdan təklif olduğu və gələn mövsüm bunlardan birini çalışdıracağı deyilir. “Marca”nın iddiasına görə, “Real”, PSJ, “Çelsi” və “Yuventus” Zidanı baş məşqçi postuna gətirmək istəyir.
Fransalı mütəxəssis “Çelsi”nin təklifinə o qədər də isti münasibət göstərmir. Çünki London klubuna transfer qadağası qoyulub və komandanın Çempionlar Liqasında kənarda qalmaq ehtimalı var.
Fransa Futbol Federasiyasının Didye Deşamla müqavilə imzalamasından sonra hələlik milli komandada çalışmaq şansı olmayan Zidan vətənində işləmək istəsə, PSJ-nin təklifini dəyərləndirə bilər.
“Yuventus”un mövsümün sonunda Massimiliano Alleqri ilə yollarını ayıracağı deyilir. Düzdü, artıq Turin klubunun Pep Qvardiola ilə anlaşdığı deyilir. Amma xəbər hələ təsdiqlənməyib. “Marca”nın iddiasına görə, Zidan “Yuventus”un siyahısında iki əsas mütəxəssisdən biridi.
“Real”ın prezidenti Florentino Peres də son illər komandanın ən uğurlu baş məşqçilərindən biri kimi tarixə düşən Zidanı geri qaytarmaq istəyir. Lakin fransalı baş məşqçinin bu təklifi qəbul etmək ehtimalı zəifdi. Üstəlik, “Real”ın artıq Joze Mourinyo ilə anlaşdığı deyilir./Fanat.az/