Zidanın işsiz günləri başa çatır: “Tezliklə…”

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın işsiz günləri elə də çox çəkməyəcək.

Yenicag.az xəbər verir ki, gənc mütəxəssis tezliklə iş başında olacaq.

Bu barədə Zidanın özü açıqlama verib: “Tezliklə yenidən məşqçiliyə başlayacağam. Bu, mənim sevdiyim işdir. Futbol mənim həyatımdır”.

Qeyd edək ki, “Mançester Yunayted”in bir müddətdir uğursuz çıxışından sonra Joze Mourinyonun məhz Zinəddin Zidan tərəfindən əvəzlənəcəyinə dair iddialar mətbuatın gündəmini zəbt edib.