Zidanın yeni klubu açıqlandı

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın yeni iş yeri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, 46 yaşlı mütəxəssis İtaliyanın “Yuventus” klubunu çalışdıracaq.

Bu iddia ilə “Don Balon” nəşri çıxış edib. Nəşrin yaydığı məlumata görə, keçid 2019-cu ilin yayında baş tutacaq. Tərəflər arasında artıq razılığın əldə olunduğu bildirilir.