Zığ yolunda avtobus yandı

Bu gün saat 07:00 radələrində “Çinar-Trans” MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub.

Bu barədə Yenicag.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.

Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb.