Zika virusunu yayan ağcaqanadın yumurtası aşkarlanıb

51edfa-300x177AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyada ilk dəfə olaraq Zika virusunun ötürücüsü olan ağcaqanadların yumurtası aşkarlanıb.

«BBC»-nin məlumatına görə, Stenfordda təhsil alan tələbələrə belə bir xəbərdarlıqla məktublar göndərilib ki, universitetin ətraf ərazilərində “Asiya pələng ağcaqanadı” peyda olub. Bu ağcaqanadlar müxtəlif virusların və genetik xəstəliklərin daşıyıcısı sayılır.

Alimllər hesab edirlər ki, Zika virusu hamilə qadınlarda dölün inkişafı prosesində müxtəlif kənarlaşmalar əmələ gətirir. Hal-hazırda Asiya, Afrika, Cənubi və Şimali Amerikanın bəzi ölkələrində xəstəliyin ocaqları qeydə alınıb.