Ərdoğan nə qədər ki, hakimiyyətdədir, Türkiyə heç vaxt Avropa İttifaqına üzv ola bilməyəcək.
Yenicag.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel “Bild” informasiya agentliyinə bildirib.
“Bu, o demək deyil ki, biz onları istəmirik, lakin Ərdoğanın rəhbərliyi dövründə Türkiyə hakimiyyəti Avropanın tutduğu yolun əleyhinə gedir. Tamamilə aydındır ki, Türkiyə hazırki vəziyyətdə Avropa İttifaqının üzvü olmayacaq”, – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl Avstriyanın xarici işlər naziri Sebastyan Kurts da hazırki hakimiyyətlə Türkiyənin 2023-cü ilə qədər Avropa İttifaqına üzv ola bilməyəcəyini bildirmişdi.