Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel, bəzi siyasi məsələlərdə Türkiyəyə təyziq göstərmək məqsədilə iqtisadi tədbirlər almaq istədiklərini bildirib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir iqtisadi tədbirlərlə bağlı Aİ ölkələrindən dəstək istədiklərini, lakin bir sıra ölkələrin onlarla eyni fikirdə olmadığını söyləyib. O həmçinin Türkiyənin NATO-dakı yerinin müzakirəedilməz olduğunu vurğulayıb. Ziqmar Qabriel qeyd edib ki, Almaniya Türkiyənin Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşmasını qətiyyən istəmir.