!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ziraat Bank Azərbaycan” ABA tərəfindən mükafatlara layiq görülüb

!Reklam – Yazi

“Ziraat Bank Azərbaycan” 2022-ci il ərzində göstərdiyi fəaliyyətə görə Banklar Assosiasiyası tərəfindən iki nominasiya üzrə mükafata layiq görülüb. 

Bank  xüsusilə korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi, sahibkarlara və təhsilə verdiyi dəstək üçün asossiasiya tərəfindən fərqləndirilib. Ötən il ərzində ölkənin sosial-iqtisadi inkişafına, şəhid ailələri və qazilərə,  həmçinin talasemiyadan əziyyət çəkən uşaqlara verdiyi dəstək üçün bank “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə mükafatlandırılıb.

Həmçinin il ərzində müxtəlif təhsil ocaqlarına verdiyi dəstəyə görə  “Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə də qaliblərdən biri elan edilib.

Qeyd edək ki, “Bankçılıq Mükafatları” tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların  fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın, FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv