!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ziraat Bank Azərbaycan” “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”nin iştirakçısı oldu

!Reklam – Yazi

Sentyabr ayının 22-də Bakı şəhərində “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”nin açılışı baş tutmuşdur. Açılışda Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayev və Türkiyə Cümhuriyəti səhiyyə naziri  Dr. Fəxrəddin Qoca çıxış edərək, ölkələr arasında səhiyyə sektorunda mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları haqqında danışdılar.

Tədbirdə səhiyyə sektorunda fəaliyyət göstərən şirkət və dövlət qurumları ilə yanaşı “Ziraat Bank Azərbaycan” da iştirak etmişdir. “Ziraat Bank Azərbaycan”ın İdarə Heyəti sədri Dr. Səlcuq Dəmir stendi ziyarət edən Azərbaycan və Türkiyənin səhiyyə nazirləri Teymur Musayev, Dr. Fəxrəddin Qoca və Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçıya ölkələr arasında səhiyyə sahəsində ticari əlaqələrin genişləndirilməsinə töhfə verə biləcək  bank məhsul və xidmətləri haqqında məlumat vermişdir. Qeyd edildi ki, “Ziraat Bank Azərbaycan” dünyanın 18 ölkəsində fəaliyyət göstərən” Ziraat” Maliyyə Qrupunun üzvü olduğu üçün sahibkarlara onların beynəlxalq ticarətlərində yüksək keyfiyyətli xidmət göstərmək imkanına sahibdir. Qonaqlara “Ziraat Bank Azərbaycan” və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumat verildi, ölkələrimiz arasında ticarətin milli valyutalar ilə aparılmasında Bankın rolu və pul köçürmələrində sürətli və sərfəli xidmət təqdim etmə imkanlarına malik olduğu vurğulandı.

Qeyd edək ki, tədbir hər iki ölkənin Səhiyyə nazirliklərinin dəstəyi ilə təşkil olunub və 17 May 2022-ci il tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Türkiyə Respublikası Səhiyyə Nazirliyi Arasında Əməkdaşlıq və Yol Xəritəsi”nə daxil olan silsilə tədbirlərdən biridir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülmüşdür.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv