!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ziraat Bank Azərbaycan” Sahibkarlığa Kömək Milli Fonduna üzv oldu

!Reklam – Yazi

“Ziraat Bank Azərbaycan” ASC  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fonduna üzv olub. Qurum  yarandığı gündən bəri Azərbaycanda yerli istehsalın artırılması və nəticədə yeni iş yerlərinin yaranması, iqtisadiyyatın real sektorunun dəstəklənməsi, kiçik və orta sahibkarlığın, eyni zamanda böyük istehsalçıların fəaliyyətinin maliyyələşdirilməsini qarşısına hədəf qoyub.

Yenicag.az bildirir ki, fonda üzv olaraq Bank qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun maliyyələşməsini hədəfləyərək ölkədə məşgulluğun artırılmasına, sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyi ilə öz töhfəsini verəcəkdir. Eyni zamanda sənaye sahəsindəki biznes layihələrinin maliyələşməsi də “Ziraat Bank Azərbaycan” ASC-nin Azərbaycandakı əsas fəaliyyət istiqamətlərindəndir.

Qeyd etmək lazımdır ki, “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır. Bu müddət ərzində iki filial quran, güclü insan resursları və İT komandası yaradan, Baş Ofis binasını inşa etdirən və faəliyyətini genişləndirən bank hal-hazırda 10.000-dən çox müştərisinə xidmət verməkdədir.

Səhmdarı Türkiyənin ən böyük və dayanıqlı dövlət bankı olan T.C. Ziraat Bankası A.Ş.`nin 154 illik bankçılıq təcrübəsi ilə “Ziraat Bank Azərbaycan” ASC Azərbaycanda bank sektoruna daxil olduğu gündən etibarən müştərilərinin ehtiyaclarına uyğun xidmət kanallarını formalaşdıraraq, hər bir müştəriyə dəyər yaratmağa yönəlmiş xüsusi məhsul və xidmətləri təklif etməyə və inkişaf etdirməyə davam etməkdədir.

www.yenicag.az

1783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv