“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir! 

“Ziraat Bank Azərbaycan” müştərilərinin rahatlığını düşünərək, həmçinin müştəri tələblərini nəzərə alaraq yeni “Ziraat Yığım Əmanəti” məhsulunu təqdim edir.

 “Ziraat Yığım Əmanəti” məhsulu, müştərilərə vəsaitlərini rahat şəkildə yığmağa imkan yaradır. Belə ki, bu məhsulun digər müddətli əmanət məhsullarından əsas fərqi odur ki, əmanət hesabının balansı müştəri tərəfindən vaxtaşırı artırıla bilər. Bu da müştərilərə planlı şəkildə pul vəsaitlərini əmanət hesablarına yerləşdirərək yığımlarını artırmağa, həmçinin yığımlarından faiz qazancı əldə etməyə imkan yaradır.

Bu əmanət növündə müştəri vəsaitini istədiyi vaxt artıra bilər. Məhsulun özəllikləri aşağıda qeyd olunan kimidir:

Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 5 filialı mövcuddur. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.