Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Ziraat Bank Azərbaycan”ın 4-cü filialını nazir Mevlüt Çavuşoğlu Sumqayıtda açdı – FOTOLAR/VİDEO

Azərbaycanın bank sektorunda fəaliyyətini genişləndirən “Ziraat Bank”ın Sumqayıt şöbəsinin açılış mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da qatıldığı mərasimdə Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demirci, TÜİB sədri Hüseyin Büyükfırat, Şimali Kiprin Azərbaycan təmsilçisi Ufuk Turganer və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları da iştirak ediblər.

Mərasimdə çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Ziraat Bank”ın Sumqayıtda şöbəsinin açılmasının həm adı çəkilən bank, həm də şəhər sakinləri üçün uğurlu olacağını bildirib. Nazir daha sonra şöbənin ofisi və əməkdaşları ilə görüşüb.

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demirci mətbuata açıqlamasında bildirib ki, bu, bankın Azərbaycanda fəaliyyətə başlayan sayca 4-cü şöbəsidir. O, yaxın zamanlarda bankın şöbələrinin sayını artırmağı planlaşdırdıqlarını qeyd edib.

Səxavət Məmməd

www.yenicag.az

1647
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM