“Zirə” 3 futbolçu ilə müqaviləni uzatdı

“Zirə” klubu 3 futbolçu ilə müqavilə müddətini artırıb.

Paytaxt təmsilçisindən Yenicag.az-a verilən məlumata görə, son 3 mövsümü icarə əsasında bu komandada keçirən Hacıağa Hacılı ilə 2, Anar Nəzirovla isə 1 illik sözləşmə imzalanılıb

Həmçinin, ötən mövsüm “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb. “Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər “qartallar”ın formasını geyinəcək.