UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Zirə” və “Şerif” (Moldova) komandaları arasındakı cavab matçı başa çatıb.
Yenicag.az xəbər verir ki, “Dalğa Arena”dakı oyunun əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.
Matçda hesabı “qartallar”ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb. 54-cü dəqiqədə Əyyub Allaş “status-kvo”nu bərpa edib. 77-ci dəqiqədə adını tabloya yazdıran Papa Yade “Şerif”in qələbə qoluna imza atıb.
Komandalar arasında Moldovada keçirilən ilk oyunda “Zirə” 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib – 2:2.
Əlavə vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan moldovalılar (5:4) II təsnifat mərhələsinə yüksəliblər.
“Zirə” mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək./Report/