“Zirə” futbol klubunun prezidenti istefa verdi

“Zirə” Peşəkar Futbol Klubunun prezidenti Natiq İsmayılov vəzifəsindən istefa verib.

Yenicag.az komandanın rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci ildən paytaxt klubuna rəhbərlik edən N.İsmayılov 4 ildən sonra postundan ayrılıb.

Qeyd edək ki, “Zirə” ötən mövsümü 5-ci pillədə başa vurub.