“Zirə” klubu daha bir əcnəbi futbolçu ilə müqavilə imzalayıb

Riçard Qadze ilə 1,5 illik anlaşma əldə olunub.

Yeniçağ.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, əslən Qanadan olan hücumçu Riçard Qadzedir.

2012-ci ildə Qananın “Ebusua” klubunda peşəkar karyerasına başlayan Riçard Qadze 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Qadze, həmçinin icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib.

Yeniçağ.Az