“Zirə” komandasının yay hazırlıq planı bəlli olub.
Klubdan Yenicag.az-a verilən məlumata görə, iyunun 23-də bir araya gələcək paytaxt təmsilçisi iyulun 17-nə qədər məşqlərini Bakıda keçirəcək.
“Qartallar” hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu keçirəcək.
Komanda iyulun 18-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Boluda məskunlaşacaq Bakı klubu orada qaldığı müddətdə üç yoxlama oyunu keçirəcək.