UEFA Konfrans Liqasının pley-off mərhələsində “Omoniya” (Kipr) ilə qarşılaşacaq “Zirə”nin oyununa maraq böyük deyil.
Yenicag.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadənin “Report”a verdiyi məlumata görə, 6700 tamaşaçı tutumuna malik “Dalğa Arena”da keçiriləcək cavab qarşılaşmasına 2000-ə yaxın bilet satılıb.
Qeyd edək ki, bu gün, saat 20:00-da baş tutacaq oyunu Latviyadan olan baş hakim Vitaliys Spasyonnikovs idarə edəcək.
Tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.