“Zirə” – “Qarabağ” matçının vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında 13-cü turun oyun cədvəli müəyyənləşib.

Yenicag.az xəbər verir ki, qarşılaşmalar iki günü əhatə edəcək.

Noyabrın 25-i və 26-da keçiriləcək matçlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

25 noyabr (şənbə)

14:30.“Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu

17:00.“Neftçi” – “Keşlə”
“Bakcell Arena”

26 noyabr (bazar)

16:00.“Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

18:00.“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu