Azərbaycan Premyer Liqasında X tura yekun vurulur.
Yenicag.az xəbər verir ki, günün ilk görüşündə “Zirə” “Sabah”ı qəbul edib.
Zirə Olimpiya İdman Kompleksində baş tutan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Görüşdə hesab 7-ci dəqiqədə açılıb. Cesse Sekidika meydan sahiblərinin qapısına yol tapıb.
Rəşad Sadıqovun komandası 90+1-ci dəqiqədə məğlubiyyətdən xilas olub.
“Zirə” turnir cədvəlində 4-cü, “Sabah” isə 5-ci yerdədir. Hər iki komandanın 16 xalı var.
Qeyd edək ki, günün digər matçında “Sumqayıt” “Turan Tovuz”la qarşılaşacaq.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0, “Neftçi” isə “Səbail”i 3:1 hesabı ilə məğlub edib./“Qafqazinfo/