Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tur başa çatıb.
Yenicag.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda “Zirə”ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 2:0.
Paytaxt təmsilçisinin heyətində 22 və 69-cu dəqiqələrdə fərqlənən Rafael Utziq dubl müəllifi olub. vakansiya 2023
Qeyd edək ki, VII turun əvvəlki oyunlarında “Şamaxı” “Kəpəz”i 2:0, “Qarabağ” “Neftçi”ni 4:0, “Araz-Naxçıvan” ‘Turan Tovuz”u 2:1, “Sabah” isə “Səbail”i 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.