!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zirə-Türkan avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

!Reklam – Yazi

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, 24 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zirə-Türkan avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Yenicag.az

 

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv