Zirə-Türkan yolunda “KamAZ”la motosiklet toqquşdu: Ölən var

Zirə-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə zamanı 1992-ci il təvəllüdlü Ülvi Vəliyevin idarə etdiyi “KamAZ” markalı avtomobillə 2006-cı il təvəllüdlü Elnur Cəbrayılovun idarə etdiyi motosiklet toqquşub.

Nəticədə Elnur Cəbrayılov xəstəxanada ölüb, motosikletdə olan sərnişin 2009-cu il təvəllüdlü Kənan Əliyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.