Zirəddin ikinci turun qalibinin adını açıqladı: “Mayın 28-də…”

“Mən sözümün üstündə dayanıram, Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan seçiləcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

O, seçkinin neçə turdan ibarət olacağının əhəmiyyət kəsb etmədiyini deyib:

“2-3-cü tur bilmirəm, mən artıq sözümü demişəm. Prezident 1 aylıq təyin olunmur ki?! Hələ heç kim seçilməyib, amma proqnozum qüvvədədir. Prezident R.T.Ərdoğan olacaq!”