“Zirə”də yeni təyinat

“Zirə” futbol klubunun yeni mətbuat katibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, klubda adıçəkilən vəzifəni Elmar Abdulla-zadə icra edəcək. O, bu postda milli komandalara mətbuat katibi təyin edilən Elman Himayətoğlunu əvəzləyəcək.

Qeyd edək ki, gənc jurnalist buna qədər futbolinfo.az, futbol11.az saytlarında çalışıb.