“Zirə”dən ilk qələbə, “Səbail” “Sumqayıt”a qalib gəldi

Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Yenicag.az xəbər verir ki, turun ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib.

“Dalğa Arena”da baş tutan qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 85-ci dəqiqədə Miloş Radivoyeviç vurub.

Günün digər oyununda isə “Səbaik” “Sumqayıt” üzərində 2:0 hesablı qələbə qazanıb. Bakılıların qələbə qollarını Fəhmin Muradbəyli ilə Ruslan Qurbanov vurub.

COP29