“Zirə”nin baş məşqçisinə xəbərdarlıq edildi

AFFA İntizam Komitəsi “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytında məlumat paylaşılıb.

Qeyd olunub ki, “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilir.