“Zirə”nin Konfrans Liqasındakı rəqibində koronavirus aşkarlandı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan İsrailin “Makkabi” (Tel-Əviv) klubunda koronavirusa yoluxma halı baş verib.

Yenicag.az xəbər verir ki, Tel-Əviv təmsilçisinin futbolçusu Parfe Giaqon infeksiyaya yoluxub. Ölkəsindən qayıdan kot d İvuarlı yarımmüdafiəçidən Ben-Qurion aeroportunda götürülən analiz müsbət çıxıb.

Dərhal karantinə alınan 21 yaşlı oyunçu ötən gün təlim-məşq toplanışına başlayan komandadan kənarda qalıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 21-də və 28-də olacaq.

COP29