Zirzəmidəki avtomobil yandı – Xırdalanda

Abşeron rayonunun Xırdalan şəhərində minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının zirzəmisində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.