!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zirzəmilərdəki obyektlərə qoyulan MƏHDUDİYYƏT: "Mənfi təsirləri daha çox..." - EKSPERT

!Reklam – Yazi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Yaşayış binaları. Layihələndirmə normaları”ndakı dəyişikliyinə əsasən, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində insanlara zərərli təsir göstərən əksər obyektlərin yerləşdirilməsi qadağandır. Həmin obyektlərə isə istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları, partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar, sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları, ixtisaslaşmış balıq mağazaları, müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları, saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar daxildir. Bu yenilik isə heç də birmənalı qarşılanmır.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan yeniliyin mənfi təsirləri daha çox gözlənləndir:

“Yaşayış binalarının zirzəmisindəki obyektlərin 23:00-dan sonra işləməsinə icazə verilməməsi icarədarı və icarəçini ziyana sala bilər. Çünki yeni tikilən binaların altında əsasən market, kafe və digər iaşə obyektləri yerləşir. Zirzəmilərdə obyektlərin fəaliyyəti məhdudlaşdırılırsa, bu halda həmin obyektlərin yerləşməsi üçün başqa tikili verilməlidir. Əgər obyektlərin fəaliyyətinə icazə verilməsə, pilot layihələr üzrə tikintini aparan şirkət artıq həmin obyektləri sata bilməyəcək və nəticədə sözügedən layihələrə maraq getdikcə itəcək”.

Gülşən Şərif

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv