Paytaxtın Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyükşor yol qovşağınadək olan hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.
Nəqliyyat Nazirliyi “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, dörd gündür aparılan təmir işləri yekunlaşıb. Prospektin Böyükşor yol qovşağından 20 Yanvar və keçmiş “Qələbə” kinoteatrı qarşısındakı dairə istiqamətinə olan hissəsi nəqliyyatın hərəkəti üçün tam açılıb.(azertag.az)