Ziya Bünyadov prospekti açılıb

surucu”Azəryolservis” əməkdaşları gecə də işləyəc ki, yol sabah açılsın.

Uzun müddətdir təmirə bağlı olan Paytaxtın Ziya bünyadov prospekti səhər saatlarında açılacaq.Hava qaralsa da prospektdə qızğın iş gedir. Yolun sonuncu asfalt qatının vurulması prosesi baş çatmaq üzrədir. ”Azəryolservis”in sözcüsü Pünhan Mürsəliyev belə deyir:

“Artıq səhər saatlarından Əhməd Rəcəblidən Böyük şora qədər olan yer açılacaq.sürücülər yoldan istifadə edə biləcəklər.”

Yol açılsa da asfalta xətlərin və işıq dirəklərinin qoyulması bir neçə gün sonra başlayacaq. Amma bu sürücülərin yoldan istifadəsinə heç bir maneçilik törətməyəcək:

”Hava şəraiti imkan versə, mən belə düşünürəm ki ,noyabr ayının sonuna qədər yol nişanları bardürlər və işıqlar tam hazır olacaq”.

Sözü gedən yolda xüsən yaşayış və ticarət obyektlərinin yaxınlığında 4 piyada keçidi də tikilib ki, bunlardan da 2-i artıq hazırdır. Ümumilikdə yolun tamamilə açılması istiqamətində də işlər intesiv şəkildə aparılır. Ancaq köməkçi zolarlarla yanaşı yol tamamilə bu ayın axrına qədər hazır olacaq.

Yol açıldıqdan sonra şəhərin böyük tıxac probleminin həll olunacaqı ehtimal edilir. Prospektin yenidən qurulmasında məqsəd 20 Yanvar dairəsi, eyni zamanda Qələbə kinoteatrının qarşısında yerləşən dairə ilə Böyükşor qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

(topnews.az)